“Verona”dan yeni transfer
31.05.2024 , 15:30

“Verona” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, İtaliya təmsilçisi “Herta”dan futbolçu Suat Serdarı heyətinə qatıb.
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Futbolçunun keçidi 4,5 milyon avroya başa gəlib.
Suat A Seriyasında 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
