Topaz Premyer Liqasında mövsümün 200-cü qolu vurulub.
Korner.az-ın məlumatına görə, bu, XV turun “Xəzər Lənkəran” – AZAL oyununda baş verib. Matçın dekabrın 3-də keçirilən ikinci – 36 dəqiqəlik bölümündə vurulan yeganə qol yubiley xarakteri daşıyıb. Zohair Benouahinin AZAL-a 2:1 hesablı qələbə qazandıran qolu cari çempionatda 200-cü qol olub.
Bu qollar 86 matçda vurulub. Mövsümün orta məhsuldarlığı 2,33-ə bərabərdir.
200 qoldan ən çoxu – 26-sı “Neftçi”nin, ən azı 9-u “Kəpəz”in hesabındadır.
200 qoldan ən çox – 29-nu “Kəpəz”, ən az – 6-nı “İnter” buraxıb.
200 qolun 120-ni meydan sahibləri, 80-ni qonaqlar vurub.
Qeyd edək ki, 2012/13 mövsümünün ilk qolunu “Kəpəz”də oynadığı vaxt İrakli Beraya, 100-cü qolunu “İnter”li Nizami Hacıyev vurub.
