big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

AFFA-nın “övlad” sevgisi və formallığa çevrilən tur

04.05.2012 , 10:23

2 “qız”, 3 “adaxlı”

Azərbaycan Premyer Liqasının başa çatmasına cəmisi 2 tur qaldı. Ötən tur isə bir çox məqamla aydınlıq gəldi. Ən əsası, çempion məlum oldu. «Neftçi» ardıcıl 2-ci dəfə qızıla sahib oldu. O cümlədən «ağ-qaralar»ın çempionluğu Azərbaycanı Avropada təmsil edəcək komandalardan birini də müəyyənləşdirdi. «Qəbələ»yə biabırçı şəkildə məğlub olan «Bakı» (0:4) vəsiqəyə sahib oldu. «Zolaqlılar» Azərbaycan kubokunun finalında uduzsalar belə, Avroliqada yarışacaqlar. Çünki «Neftçi» Çempionlar Liqasında mübarizə aparacaq.

İndi qalır 2 vəsiqə. Amma 3 namizəd. Ən çətin durumda «Qarabağ»dı. O «Qarabağ» ki, 3 mövsümdür azarkeşləri qitə miqyaslı turnirdə qazandığı qələbələrlə sevindirir. Düzdü, «köhlən atlar»ın Avrokuboklardan kənarda qala bilmə ehtimalı futbol ictimaiyyəti arasında da çaşqınlıq yaradıb. Amma ağdamlıların kimisə qınamağa haqqı yoxdu. Mövsüm boyu qeyri-sabit çıxış, xüsusən də final mərhələsinin sonunda yaşanan eniş komandanı belə situasiya ilə üz-üzə qoyub.

«Qarabağ» nağılı bitir?

Şans az olsa da, amma ümidsiz də deyil. Yenə də hər şey «Qarabağ»lıların öz əlindədi. Daha doğrusu, ayaqlarında. Qurban Qurbanovun yetirmələri lazımi anda topu lazımi yerə-qapıya yönəldə bilsə, Avropaya vəsiqə əldə etmək olar. Bunun üçün isə ilk addım Quzanlıda atılmalıdı. «Qarabağ» şənbə günü turnir cədvəlində ən yaxın rəqibi olan «İnter»i qəbul edəcək. Reallığı nəzərə alsaq, Ağdam klubunun elə «bankirlər»i arxada qoymaq şansı var. Düzdü, nəzəri cəhətdən «Xəzər Lənkəran»a da çatmaq mümkündü. Amma burda situasiyaya «Qarabağ»lılar yox, başqaları nəzarət edəcək. Amma bütün hallarda «İnter» məğlub edilməlidi ki, sonrakı planları cızmaq mümkün olsun. Əks təqdirdə azarkeşlər üçün «Qarabağ» nağılı bitmiş olacaq. Bu baxımdan yanaşsaq, XXXI turun mərkəzi qarşılaşması «Qarabağ» – «İnter» oyunudu. «Köhlən atlar»dan 3 xal öndə olan «bankirlər»i Quzanlıda heç-heçə də qane edir. Ancaq unutmayaq ki, ağdamlıların çıxış yolu olmadığından, onlar hücum potensialını bütünlüklə ortaya qoyacaqlar. Belə məqamda ifrat müdafiəyə meyilli oyun Tsxadadzenin komandası üçün faciə ilə nəticələnə bilər. Onu da qeyd edək ki, hər iki komanda son oyunlarda hücum planında xeyli sıxıntı yaşayır, hücumçular qol epizodlarından yararlana bilmirlər. Ola bilsin ki, Quzanlıdakı oyunun da taleyini cəmisi bir qol həll etsin. Bir səhv və bir qol. Səhvi kim buraxacaq, qolu kim vuracaq?

Final öncəsi məşq

Avropaya daha bir vəsiqənin taleyi isə Lənkəranda müəyyənləşə bilər. Yox, «Qəbələ»nin vəsiqə əldə etmək şansı demək olar ki, möcüzəyə bağlıdı. Fatih Kavlakın yetirmələri cənub şəhərində qalib gəlməli, Quzanlıda «İnter»in məğlubiyyətini arzulamalı, son turda isə «Neftçi»dən 3 xal alıb, «Qarabağ»ın da, «İnter»in də məğlub olmasına ümid etməlidi. Amma lənkəranlılar doğma azarkeşlərinin möhtəşəm dəstəyi altında bir xal da qazansalar, vəsiqəyə sahib ola bilərlər. Hətta məğlubiyyət də «ağ-yaşıllar»ın Avropaya yolunun aça bilər, amma bir şərtlə, «Qarabağ» «İnter»ə qalib gəlməsin. Bir sözlə, XXXI turun bu iki qarşılaşması bütün suallara aydınlıq gətirilməsi baxımından sonuncu ola bilər.

Şənbə günü ilk «altılığ»ın daha bir qarşılaşmasında isə kubokun finalçıları üz-üzə gələcəklər. Çempionatda heç bir iddiası qalmayan «Neftçi» və «Bakı» üçün bu qarşılaşmanı final öncəsi məşq də hesab etmək olar. Güman ki, hər iki komandanın çalışdırıcısı rəqibi planlardan hali etməmək üçün bu oyunda daha çox ehtiyat qüvvədən yararlanacaq. Komandaların aparıcı futbolçulara istirahət verməsi başadüşüləndi. Əsas qüvvə final üçün qorunur. «Neftçi» «qızıl dubl», «Bakı» isə titul arzusundadı.

Budu inkişaf?

Çox təəssüf ki, həftəiçi AFFA-nın Lisenziyalaşdırma Komissiyasının çıxardığı qərar ikinci «altılığı»ın oyunlarını formallığa çevirib. Lisenziyalaşdırma Komissiyası Premyer Liqaya vəsiqə əldə etmiş «Qaradağ Lökbatan»a lisenziya verməyib. Birinci divizionun 2-cisi «Karvan» da müəmmalı şəkildə lisenziyalaşdırma prosesindən imtina edib. Bu o deməkdi ki, Premyer Liqanı bu il heç bir klub tərk etməyəcək. Belə olan təqdirdə ikinci «altılığ»ın oyunları formallığa çevrilir. Təbii ki, hadisələrin belə cərəyan etməsi Azərbaycan futboluna başucalığı gətirmir. Birinci dəstədən Premyer Liqaya heç bir klub buraxılmayacaqdısa, onda bütün mövsümboyu bu komandalar nəyin uğrunda mübarizə aparıblar? AFFA rəsmiləri daim futbolumuzun inkişaf etdiyini deyirlər. Əgər Premyer Liqada oynamaq üçün birinci dəstədə komanda tapılmırsa, bunun nəyi inkişaf olur? Üstəlik, onu da nəzərə almaq lazımdı ki, «Qaradağ Lökbatan»ın heyətində əsasən yerli gənclər çıxış edirlər. Onlar isə bütün mövsüm boyu Premyer Liqada çıxış edəcəklərini hədəfləyib meydanda can qoyublar. Bu qərarla o gənclərin ağır psixoloji sarsıntıya məruz qaldığı da şəksizdi. Xatırladaq ki, ötən mövsüm də eyni situasiya yaranmışdı. AFFA birinci dəstənin qalibi «Abşeron»u Premyer Liqaya buraxmamış, əvəzində 7-ci yerin sahibi «Sumqayıt»a lisenziya vermişdi. O komandanın da aqibəti göz önündədir. AFFA-nın «övladı» Premyer Liqanın autsayderidi və elitanı tərk edəcəyi demək olar ki, dəqiqləşmişdi. Olmaya AFFA «Qaradağ Lökbatan»a lisenziya verməməklə öz «övladı»nın taleyini düşünüb? Futbol təsərrüfatında qeyri-peşəkar idarəçiliyin hökm sürdüyü belə mühitdə nəyəsə təəccüblənməyin özü də təəccüblüdü.

azadinform.az

Son yazılar

To Top