“Zirə”nin futbolçusu Moldova millisinə dəvət aldı
22.08.2018 , 15:02
“Zirə”nin futbolçusu Aleksandr Dedov Moldova millisinə dəvət alıb.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 29 yaşlı hücumçu UEFA Millətlər Liqası çərçivəsində ölkəsinin sentyabrın 8-də səfərdə Luksemburq, 3 gün sonra isə Belarusla ev oyununda iştirak etmək üçün yığmaya çağırılıb.