Topaz Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Turan" – “Xəzər Lənkəran” oyunundan sonra baş məşqçilər fikirlərini bölüşüblər.
Əsgər Abdullayev, “Turan” klubunun baş məşqçisi: “Bizim üçün ən ağır oyunlardan biri olacağını bilirdik. Oyuna uyğun taktika qurmuşduq. Salif Balloya demişdim ki, bugünkü oyunda komandanın gizli silahı olmalısan. İlk hissədə rəqibi yorduq, ikinci hissədə isə Ballo iki qol vurdu, qələbə qazandıq. İlk hissənin sonlarına yaxın müdafiədə səhvlər buraxmağa başladıq, “Xəzər Lənkəran” da bundan istifadə edib qol vurdu”.
Yunis Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Oyun barədə danışmaq istəmirəm, hər şey göz qabağında idi. “Turan” komandasına uğurlar arzu edirəm”.