“Barselona”lı futbolçuları birlikdə nahar ediblər.
Korner.az– ın məlumatına görə, nahardan sonra maşınına minmək üçün maşın dayanacağına gedən Lionel Messi onun maşınıyla eyni model, eyni rəng olan komanda yoldaşının maşınına minməyə cəhd edib.
Komanda yoldaşlarının gülüşünə baxmayaraq ona aid olmayan maşının qapısını açmağa çalışan Messi sonradan vəziyyəti başa düşüb. Ortada maraqlı vəziyyətin olduğunu görən avtomobilin sahibi Tiaqo Alkantara da Messinin maşınına minməyə cəhd göstərib.