Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində yeganə təmsilçimiz olan "Neftçi" İsraildə "Hapoel" (İroni Kiryat) klubunun qonağı olub.
İsrail təmsilçisi "Hapoel" komandamıza heç də qonaqpərvər kimi davranmayıb. "Neftçi"ni ilk olaraq görüşün 42 dəqiqəsində cəzalandıran İroni Kiryat şəhərinin komandası, fasilədən sonra 3 qol da vuraraq növbəti mərhələyə vəsiqəni təmin etmiş olub.
Bununla da böyük ehtimalla Çempionlar Liqası ilə vidalaşan Avropadakı yeganə təmsilçimiz Avroliqanın pley-off mərhələsində mübarizəni davam etdirəcək.
Qeyd edək ki, bu komandalar arasında "Dalğa Arena"da baş tutacaq cavab görüşü isə avqustun 8-də, saat 21:00-da başlayacaq.
1 avqust
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunu
21:30. "Hapoel" (İroni Kiryat, İsrail) – "Neftçi" (AZƏRBAYCAN) 4:0
Qol: Barak (42), Şimon Abuhatzira (52), Brayan Gerziçiç (73), (76)