“Rəvan”ı təbrik edirəm. Bu gün məğlub olduq və bunu qəbul etməliyəm. “Rəvan” bu oyuna yaxşı hazırlaşmışdı. Bir çox qol epizodu yaratdıq, ancaq bunlardan yararlana bilmədik. “Rəvan” isə əlinə düşən fürsətdən istifadə etdi və qol vurdu. Bəxtimiz gətirmədi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Rəvan”la oyundan (0:1) sonra “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.
Pantiç bundan sonra avrokuboklara vəsiqə qazanmaq üçün əllərindən gələni edərəclərini bildirib: “Yenidən özümüzü ələ almalıyıq. Avrokuboklara vəsiqə qazanmaq üçün sonadək mübarizə aparacağıq. Əlbətdə məğlubiyyətə görə çox məyus oldum. “Bakı”da yeganə problem hücumçunun olmamasıdır. Biz nəticəni qorumaq istəyirdik. Ancaq qapımızda qol gördük. Penalti seriyalarını sevmirəm. Kubok oyunları tələ kimidir. Hər an hər şeyin baş verə biləcəyini bilirdim”.