Azərbaycan idmanına və “Qəbələ” İdman Klubuna ağır itki üz verib.
Korner.az-ın məlumatına görə, klubun cüdo bölməsinin və Azərbaycan cüdo yığmasının gənc üzvü, Avropa Kubokunun mükafatçısı, dünya çempionatının iştirakçısı 16 yaşlı Fəridə Həsənxanova qəflətən dünyasını dəyişib.
“Qəbələ” İdman Klubunun və Korner.az-ın kollektivi gənc idmançının vaxtsız vəfatı ilə əlaqədar mərhumənin ailəsinə və yaxınlarına dərin hüznlə Başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)