Madridin “Real” klubu “Milan”ının hücumçusu Mario Balotelliyə “elçi” düşüb.
Korner.az-ın “Corriere dello Sport”a istinadən verdiyi məlumata görə, “kral” klubu İtaliya millisinin də şərəfini qoruyan forvard üçün italyanlara rəsmi təklif göndərib.
“Milan” isə Madrid klubunun təklifini geri çevirib və Balotellinin heç bir kluba satmayacağını açıqlayıb.