“Səbail”dən heç-heçə, “Sabah”dan səfər qələbəsi
22.04.2023 , 20:35
Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçı Tovuzda baş tutub. “Sabah” burada yerli “Turan Tovuz”un qonağı olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Günün digər matçında “Səbail” azarkeşləri önündə “Neftçi” ilə qarşılaşıb. Oyun bərabərliklə bitib – 1:1.
Azərbaycan Premyer Liqası
XXXI tur
22 aprel
16:00 “Turan Tovuz” – “Sabah” – 0:2
Tovuz şəhər stadionu
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
18:30 “Səbail” – “Neftçi” – 1:1
“ASCO Arena”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev