Milli komandamızın və AZAL-ın sabiq futbolçusu Arif İsayevin legioner həyatı yaşayacağı haqda məlumat vermişdik.
Korner.az-ın məlumatına görə, İsayev karyerasını Türkiyədə davam etdirəcək. Belə ki, futbolçumuz baxışa getdiyi Türkiyə birinci liqasında yarışan “Dənizlispor”la bu mövsümün sonuna kimi müqavilə imzlanıb.
Qeyd edək ki, İsayevin üz tutduğu “Dənizlispor”da "Neftçi"nin sabiq üzvü Rail Məlikov da çıxış edir.