“Qarabağ”la oyuna tam hazırıq” – Ağabala Ramazanov
27.08.2019 , 13:57
“Səbail”in futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qarabağ”la oyun öncəsi fikirlərini bildirib.
Korner.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, o, Ağdam klubu ilə görüş hazır olduqlarını söyləyib:
“Qarabağa qarşı oyunlar hər zaman çətin keçir, lakin komanda yaxşı formadadır. Mövsümə iki qələbə ilə başladıq və növbəti oyuna tam hazırıq!”.
Qeyd edək ki, “Səbail” – “Qarabağ” matçı sentyabrın 1-i saat 21:00-da başlayacaq.