Milli Ukraynaya qarşı
27.08.2019 , 11:55

Viktor Bannikov beynəlxalq turnirində çıxışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirəcək.
Korner.az xəbər verir ki, Vüqar Məmmədin çalışdırdığı kollektiv “Yubileynıy” stadionunda Ukrayna yığması ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Milli ilk oyunda İsrailə 0:6 hesabı ilə uduzub.
