"İndiki "Rubin" mənim Rusiyada oynadığım dövrdəki "Rubin"dən daha güclüdü. Özünüz də görürsüz, bu komanda son illər Avropa Liqasında və Çempionlar Liqasında uğurlu çıxış edir".
Bu sözləri milli komandamızın məşqçisi Korner.az-a açıqlamasında Nazim Süleymanov bildirib.
"Neftçi" ilə birgə Kazanda olan çalışdırıcı "Rubin"in Rusiya Premyer Liqasının son turunda məğlub olmasını "Neftçi" üçün yaxşı hal hesab edir: "Qrupun favoritləri ilk baxışdan "Rubin"lə "İnter"di. Ancaq reallıqda kimin favorit olduğunu "Rubin" – "Neftçi" qarşılaşmasının sonunda biləcəyik. Bu baxımdan, bu oyunda xal qazanmaq "Neftçi" üçün çox vacibdi".
Süleymanov qeyd edib ki, başlanğıcda "Neftçi"dən gözlənti qrup mərhələsinə düşmək idi və komanda bunun öhdəsindən gəldi, ancaq….: "İştah diş altdadı. İndi hamı qrup mərhələsindən çıxmasını gözləyir komandamızın. "Neftçi" buna layiqdi. Ən əsası odu ki, bu komanda Avropa oyunlarında hücum futbolu oynayır, rəqiblərindən çəkinmir".
Saleh Arslan
Kazan