“Zirə” Türkiyə klubuna məğlub oldu
11.01.2020 , 18:57
Qış təlim-məşq toplanışını Antalyada davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, qəsəbə təmsilçisi Türkiyənin “Ümraniyəspor” komandası ilə qarşılaşıb.
Zaur Həşimovun komandası Türkiyənin I liqa təmsilçisinə böyük hesabla məğlub olub – 0:3.
Yoxlama oyunu
11 yanvar
“Zirə” – “Ümraniyəspor” (Türkiyə) – 0:3
Türkiyə, Antalya