“Yuventus”un sabiq futbolçusu vəfat etdi
26.12.2022 , 17:31
“Yuventus”un və Uruqvay millisinin sabiq yarımmüdafiəçisi Fabian O’Nil vəfat edib.
Korner.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 49 yaşlı kişi şənbə günü mədə-bağırsaq qanaxması ilə Montevideo xəstəxanasına aparılıb. O, reanimasiyada dünyasını dəyişib.
O’Nill uzun müddət alkoqol asılılığı ilə mübarizə apardı. Buna görə də onun nəticədə qaraciyər sirrozu inkişaf etmişdi.
O, 2000-2001-ci illərdə “Yuventus”un formasını geyinib.