Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.

Korner.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Özbəkistan yığmasına qarşı oyun 3:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Bu komandalar arasında növbəti oyun mayın 29-da keçiriləcək.