Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. İlk gündə iki görüş keçiriləcək. Matçların biri İtaliyada, digəri İspaniyada baş tutacaq.
Ən maraqla gözlənilən matç Turində keçiriləcək. Orda turnirin son finalçıları – “Yuventus” və “Real” münasibətlərinə aydınlıq gətirəcək.
Günün digər qarşılaşması isə Əndəluziyada baş tutacaq. 1/8 finalda “Mançester Yunaytyed”i mübarizədən klənarlaşdıran “Sevilya” favoritlərdən “Bavariya”nı qəbul edəcək.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
3 aprel
22:45. “Yuventus” (İtaliya) – “Real” (İspaniya) 0-3
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
22:45. “Sevilya” (İspaniya) – “Bavariya” (Almaniya) 1-2
Baş hakim: Daniele Orsato (İtaliya)