Xuan Mata İspaniya yolçusudur
26.04.2019 , 19:59

“Mançester Yunayted” klubunun futbolçusu Xuan Mata yayda iş yerini dəyişə bilər.
İspaniyalı yarımmüdafiəçi ilə Madridin “Atletiko” klubu maraqlanır. 30 yaşlı futbolçu “qırmızı şeytanlar”ın bu yaxınlarda təklif etdiyi 1 illik müqavilədən imtina edib.
Qeyd edək ki, Xuan Mata 2014-cü ildən “Mançester Yunayted”in şərəfini qoruyur.
