Ramos İnstaqramda 1,5 milyon dollar topladı
26.04.2019 , 18:52

Madridin “Real” klubunun kapitanı Serxio Ramos xeyriyyə kampaniyasında iştirak edib.
Belə ki, onun instaqram səhifəsində xeyriyyə məqsədi ilə etdiyi paylaşıma 1 milyondan çox bəyənmə gəlib. Bununla da, o, BMT-nin Uşaq Fonduna 1,5 milyon dollar yardım edəcək.
Qeyd edək ki, Serxio Ramos dəfələrlə bu cür xeyriyyə aksiyalarında iştirak edib.
