Topaz Premyer Liqasının sonucu turunun iki oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, hər iki oyunu “İdman Azərbaycan” kanalı efirə verəcək.
Kanal mayın 17-si, saat 17.00-da “Qəbələ” – “Sumqayıt” oyununu yayımlayacaq. Bundan iki saat sonra isə Bakıda keçiriləcək “Xəzər Lənkəran” – “Qarabağ” matçı azarkeşlərə təqdim olunacaq.