Təlim-məşq toplanışı keçmək üçün dünən axşam saatlarında Avstriyaya yola düşən “Xəzər Lənkəran” bu gün artıq ilk məşqinə çıxıb.
Korner.az-ın məlumatına görə, saat 14:30-da baş tutan məşq yüngül xarakter daşıyıb. Daha bir məşq isə axşam saat 20:00-a planlaşdırılır. Yunis Hüseynov baxışa gələn futbolçuları da sınaqdan çıxardır.
Qeyd edək ki, “Xəzər Lənkəran” Avstriyanın Kirxdorf bölgəsində məskunlaşıb və “Das Seiwald” otelində qalır.