big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Daniel Genov: “İki mövsüm burada canla-başla çalışıram” – MÜSAHİBƏ

06.06.2012 , 11:56

"İnter"lə müqaviləsini daha birillik yeniləyən Daniel Genov klubun rəsmi saytına müsahibə verib.

Korner.az həmin müsahibəni sizə təqdm edir:

– Başa çatan mövsümü icarə əsasında "Simurq"un heyətində keçirmisən. Oyun praktikasını əldə etmək baxımından bu sizin üçün çox böyük şans oldu. Yekunlaşan mövsümü və "Simurq"un heyətində göstərdiyiniz oyunları necə dəyərləndirərdin?

– Mənim üçün mövsüm pis alınmadı. Georgi Çixradzenin "Simurq"un baş məşqçi postuna gəlişindən sonra daha da yaxşı oynamağa başladım. Hiss edirdim ki, oyundan-oyunda daha çox artırıram. Ümumiyyətlə, artıq özümü "İnter"ə kömək edə biləcək gücdə sayıram.

– Çempionat başa çatandan sonra mətbuatda sizinlə Bolqarıstanın bir neçə klubunun maraqlanması haqqında məlumat yayımlanmışdı. Bilmək istərdik, həqiqətən də belə təkliflər var idi?

– Bəli, elə söhbətlər həqiqətən də var idi. Bolqarıstanın CSKA, "Lokomotiv"(Sofiya) və digər bir klublar mənimlə əlaqə saxlamışdılar, lakin "İnter"in təklifi mənim üçün daha maraqlı idi. Etiraf edim ki, mən də Azərbaycanda qalmaq istəyirdim.

– Maraqlıdır, niyə Azərbaycanda qalmağı doğma ölkənə qayıtmaqdan daha üstün tutdun?

– Artıq 2 ildir ki, Azərbaycandayam. İki mövsüm burada canla-başla çalışıram. Özümü Azərbaycanda sübüt etmək istəyirəm. "İnter"ə kömək etməyi çox arzulayıram, bu komanda üçün fayda vermək və mənə inanan baş məşqçi Kaxaber Sxadadzenin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

– Hazırda "İnter"in heyətində Türkiyədəki təlim-məşq toplanışında iştirak edirsən. Toplanışın gedişi haqqında nə deyə bilərsiniz?

– Normal şəkildə məşq edirik. Hazırlıq öz axarıyla davam edir, heç bir gərginlik yoxdur. Biz rahat şəkildə toplanışı davam etdiririk.

– Uzunmüddətli istirahətdən sonra toplanışa başlamaq çətin olmadı ki?

– Xeyr, heç bir çətinlik yoxdur. Demək istərdim ki, istirahətdə olduğum zamanda da mən hazırlıqları buraxmadım. Bu müddətdə formadan düşməmək üçün fərdi qaydada yüngül məşqlər edirdim.

– Qarşıda "İnter"i Avropa Liqasında çıxış gözləyir. Səncə, komandan bu yarışda özünü yaxşı tərəfdən göstərə biləcəkmi?

– Bunu etmək üçün bizim şanslarımız var. Avrokuboklara yaxşı hazırlaşmaq lazımdır. Komandamız yeni futbolçularla gücləndi və biz öz oyunumuzu Avropada da göstərmək istəyirik. İnanıram ki, çıxışımız uğurlu olacaq.

Son yazılar

To Top