UEFA “Xəzər Lənkəran”ın Avroliqanın I təsnifat mərhələsində cavab oyununun vaxtı dəyişdirib. Korner.az-ın məlumatına görə, Cənub təmsilçisi Estoniyanın “Nomme Kalyu” klubu ilə səfər matçını püşkdə nəzərdə tutulduğu kimi, iyulun 12-də yox, 10-da keçirəcək. 2 gün tez oynamaq Estoniyada 19 yaşlılardan ibarət yığmalar arasında Avropa çempionatının oyunlarının keçirilməyi ilə bağlıdır. Bunu nəzərə alan UEFA artıq məsələni klublarla razılaşdırıb.
Qeyd edək ki, UEFA Avroliqada Estoniya klubuna düşən digər təmsilçimiz – “İnter”in isə “Trans” klubu ilə ilk oyununun yerini həmin səbəbdən dəyişdirdi. Bununla da “bankirlər” iyulun 5-də evdə yox, səfərdə oynamalı olacaq.