"Barselona"nın və İspaniya millisinin müdafiəçisi Xerard Pike ulduz futbolçu Kriştiano Ronaldonu "Mançester Yunayted" komandasında oynadığı müddətdən tanıdığını və yaxşı dost olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, Ronaldonun yaxşı insan olduğunu vurğulayan Pike bunları deyib: "Onunla "Mançester Yunayted" komandasında bir oynamışıq. İkimiz də ingilis dilində yaxşı bilirdik. Bir-birimizi başa düşürdük. Ronaldonu tanıyıram, yaxşı insandır. O, güclü futbolçudur. Ronaldoya rəqib olmağım birinci səfər deyil".
Qeyd edək ki, AVRO-2012-nin yarımfinal mərhələsində Portuqaliya, İspaniya millisi ilə üz-üzə gələcək.
