Azərbaycanda keçirilən Pro kateqoriyalı məşqçi kursları ilə bağlı UEFA tərəfindən qərar qəbul olunub.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda qeyd olunub ki, AFFA-nın Pro kateqoriyalı kursların təşkilində tamhüquqlu üzv olmasına UEFA-nın İnkişaf və Texniki Yardım Komitəsinin sentyabrın 24-də Varşavada keçirilmiş toplantısında və UEFA İcraiyyə Komitəsinin oktyabrın 1-də Sankt-Peterburq şəhərində təşkil olunmuş iclasında müsbət rəy bildirilib.