Hollandiya Futbol Federasiyası ölkənin birinci liqa təmsilçisi “Tvente”ni ikinci dəfə cəzalandırıb.
Korner.az-ın məlumatına görə, qurum “Tvente”nin üç xalını silib. Bu addıma səbəb kimi komandanın üzləşdiyi maliyyə böhranı göstərilir.
Xatırladaq ki, ötən ay da “Tvente”nin ehtiyatından üç xal silinmişdi. Növbəti dəfə bu hal təkrarlanacağı təqdirdə, klub aşağı liqaya düşürülə bilər.
