“Kəpəz”dən ayrılan Tural Rzayevin yeni klubu bəlli olub.
24 yaşlı yarımmüdafiəçi legioner həyatı yaşayacaq. Rzayev Litvanın A Liqasında mübarizə aparan “Yonava” klubu ilə 1 illik müqavilə bağlayıb. Rzayev “Yonava”da 10 nömrəli forma altında çıxış edəcək.
2015-ci ildən “Kəpəz”də oynayan Tural kayerası ərzində “Ağsu” və “Zirə” kimi komandalarda forma geyinib.
Qeyd edək ki, “Yonava” bir müddət öncə “Qəbələ” Futbol Akademiyasının yetirməsi Kamran Quliyevlə 2,5 illik müqavilə imzalayıb.
