İran çempionatında 24-cü turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizin
“Traktor Sazi” klubu bu tur öz meydanında “İstiqlal”ı qəbul edib.
Görüş təbrizlilərin böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn “Traktor Sazi” xalını 47-ə çatdırıb.
Qeyd edək ki, Təbriz təmsilçisi 24 turdan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. İlk pillədə olan “Naft Tehran”ın isə 48 xalı var.
3 aprel
İran çempionatı, 24-cü tur
“Traktor Sazi” – “İstiqlal” 3:0
Qollar: Zadeh, 40, Lusiano, 57, Kərimi, 81
