“Trabzonspor” baş məşqçisi ilə yolları ayırdı
21.07.2020 , 18:01
“Trabzonspor” baş məşqçisi Hüseyn Çimşirlə yolları ayırıb.
Korner.az xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Trabzonspor” çempionatın XXXIII turda çempionluğu əldən verib. Komanda 62 xalla 2-ci sırada qərarlaşıb.