Premyer Liqanın XIV turunda anti-rekord qeydə alınıb.
Korner.az-ın məlumatına görə, mövsümün ən az azarkeşi bu turun oyunlarını izləyib.
Belə ki, 5 oyuna cəmi 3700 nəfər toplaşıb ki, bu da hər matça orta hesabla 740 nəfər deməkdi. Bundan əvvəl ən az göstərici XII turda olmuşdu – 5000 (orta hesabla 1000).
XIV turda ən azarkeş "Bakı" – "Xəzər Lənkəran" oyununda olub – 300 nəfər. İki matçı 1000, digər iki qarşılaşmanı isə 700 nəfər izləyib.
İnter – Neftçi (1000 tamaşaçı)
Qəbələ – AZAL (1000 tamaşaçı)
Qarabağ – Rəvan (700 tamaşaçı)
Sumqayıt – Simurq (700 tamaşaçı)
Bakı – Xəzər Lənkəran (300 tamaşaçı)
14 turun 70 oyununu ümumilikdə 115750 nəfər izləyib ki, bu da hər matça orta hesabla 1653 nəfər deməkdi. Ən çox tamaşaçı IX turun "Xəzər Lənkəran" – "Neftçi" qarşılaşmasına toplaşıb – 10000. I turun "Simurq" – "Rəvan" və VI turun "Simurq" – "Sumqayıt" oyunlarını izə 150 nəfər izləyib.
