Sulşer: “Bizim üçün uğursuz görüş alındı”
03.04.2019 , 14:56

İngiltərə Premyer Liqasında 33-cü turu çərçivəsində “Vulherhempton” klubuna məğlub olan “Mançester Yunayted” klubunun çalışdırıcısı Ole-Qunner Sulşer oyunla bağlı fikirlərini bölüşüb
Norveçli baş məşqçi istədikləri oyunu ortaya qoya bilmədiklərini deyib.
“Rəqibin təzyiq etməsinə imkan verməməli idik. 10 nəfər qaldıqdan sonra, oynamaq çətin idi. İstədiyimiz şeyləri meydanda göstərə bilmədik və məğlub olduq.”
Qeyd edək ki. “Mançester Yunayted” İngiltərə Premyer Liqasının növbəti görüşünü evdə “Mançester Siti” klubuna qarşı keçirəcək.
