Ştuxlik “Braqa” – “Reyncers” matçında
05.02.2020 , 12:08

AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, komitə sədri UEFA Avropa Liqasının 1/32 final mərhələsinin cavab oyunları çərçivəsində fevralın 26-da “Estadio Municipal de Braqa”da keçiriləcək “Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.
