“Sperantsa” – “Neftçi” oyunu da canlı yayımda!
09.07.2019 , 13:13

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sperantsa” – “Neftçi” oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, Kişinyovda keçiriləcək matçı “CBC Sport”kanalı canlı yayımlayacaq.
Kanalın yaydığı məlumatda bildirilir ki, həmin gün eynivaxtda başlayacaq “Səbail” – “Krayova” görüşünü tamaşaçılar “CBC İnternational” kanalından izləyə biləcək.
Xatırladaq ki, iyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Sperantsa” – “Neftçi” oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
