“Sevilya”nın qapıçısı PSJ-də
02.09.2019 , 16:58
PSJ heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Paris təmsilçisi “Sevilya”dan Serxio Rikonu heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı qapıçı 1 illik icarə əsasında PSJ-də çıxış edəcək.
“Sevilya” bu mövsüm Avropa Liqasının A qrupunda “Qarabağ”, APOEL və “Düdelanj”la mübarizə aparacaq.