Ruslan Abışov üçün il bitdi – 6 ay oynamayacaq
20.07.2018 , 19:46

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Uypeşt”lə cavab oyununda zədələnən “Neftçi”nin kapitanı Ruslan Abışov durumu ciddidir.
Ayağından zədə alan 31 yaşlı futbolçu 6 ay meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Uypeşt”lə oyunun 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə zədələnən millimizin üzvü Tural Axundovla əvəzlənib.
qol.az
