Ronaldo “qırmızı” aldı, ağladı
20.09.2018 , 10:13

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo karyerasında ilk dəfə Çempionlar Liqasında qırmızı vərəqə alıb
Bu, turnirin qrup mərhələsində “Valensiya” ilə oyunda olub.
Portuqaliyalı hücumçu matçın 29-cu dəqiqəsində rəqib futbolçuya qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 33 yaşlı futbolçu meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, bu, Ronaldonun “Yuventus”la ilk ÇL matçı idi.
