"Real"ın (Madrid) portuqaliyalı futbolçusu Kriştiano Ronaldo sabiq komandası "Mançester Yunayted" üçün darıxdığını deyib.
Korner.az-ın məlumatına görə, İngiltərə təmsilçisi ilə əlaqəni kəsmədiyini bildirən Ronaldo sözlərinə bu cür davam edib: "Ser Aleks Ferqusonla tez-tez görüşürəm. 6 il orada oynamışam. "Mançester" üçün darıxıram. İngiltərə də ailəmin olduğunu hiss edirəm. Ferdinand, Evra və Nani ilə vaxtaşırı telefonla danışıram."