"Qarabağ" kubokun cavab qarşılaşmasında "Bakı" ilə oyuna ciddi itki ilə çıxacaq. Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisinin gürcüstanlı futbolçusu Georgi Adamiya sabahkı cavab oyununda komandasına kömək edə bilməyəcək. Buna səbəb yarımmüdafiəçinin sarı vərəqə limitini keçməsidi.
Qeyd edək ki, ağdamlılar “Bakı”nı ilk görüşdə səfərdə 1:0 hesabıyla məğlub etmişdi. “Qarabağ” – “Bakı” oyunu sabah keçiriləcək və saat 16:00-da başlayacaq.
