big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ramin Musayev: `7 çəkilişə baxmışıq, 6-da hakim səhv çıxıb` – MÜSAHİBƏ

24.04.2012 , 08:45

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi

– Ötən turda “Xəzər Lənkəran” – “Neftçi” oyununun baş hakimi olan Elçin Məmmədovun idarəçiliyi qonaqların narazılığına səbəb oldu. Lənkəranda keçirilən matçla bağlı apardığınız müzakirələrin nəticəsi necə oldu?

– Müzakirələrdə mənimlə bərabər, qurumuzun rəsmisi Məlik Həsənov, “Neftçi”nin, Hakimlər Komitəsinin rəhbərliyi və hakimin özü iştirak edirdi. “Neftçi”nin göstərdiyi epizodların hardasa 70 faizində hakim düz idi. Elçin bir şeyi qeyd etdi ki, yeni çıxan qaydaların çoxundan klubların məlumatı yoxdur. Bu da gəlib, arada olan belə narazılığa səbəb olur. FİFA və UEFA-nın verdiyi yeni qərarlar, tövsiyələr, dərsliklər var. Onlar kitab formasında klublara verilsə də, maraqlanmırlar, baxmırlar. Buna görə də arada anlaşılmazlıq yaranır. Elçin Bahodir Nasimovla bağlı epizodu izah etdi ki, yan-yana gedirik, top qabaqdadır və rəqib müdafiəçi ayağı hücumçunun sifətinə qaldırmır, qabağa uzadır. Ancaq siz bu görüntüdən baxanda, elə fikirləşirsiniz. Ancaq gəlin yandan baxaq, görək onda necə olur? Yəni bir görüntü ilə hakimin idarəçiliyi müzakirə olunmaz. Bir görüntü sübut demək deyil. Elə olub ki, 7 çəkilişə baxmışıq, 6-da hakim səhv çıxıb, ancaq bir epizodda hakimin düz olduğu görünüb.

– Flavinyoya qarşı kobudluq epizodu da narazılığa səbəb olub. Orada qayda pozuntusunu qeydə almayan Məmmədov “Neftçi”nin braziliyalı futbolçusuna simulyasiyaya görə sarı vərəqə verdi ki, bu da onun cəzalı duruma düşərək, növbəti turda “Qarabağ”la oyunu buraxmağı deməkdir…

– Mən həmin sarı vərəqənin verilməyini hakimin səhv etməyi kimi başa düşürəm.

– Yəni orada Flavinyo simulyasiya etməmişdi ki, ona sarı vərəqə göstərilsin…

– Bəli, həmin epizodda Flavinyoya qarşı kobudluq vardı və hakim cərimə zərbəsi təyin etməli idi. Ola bilsin ki, hakim bunu görməyə bilər. Çünki onların arasında bir futbolçu var. Düzdür, orda hakim futbolçunun dizinə baxır. Ancaq “Xəzər Lənkəran”ın oyunçusu Flavinyonun ayağını tapdalayır.

– Sizcə, həmin sarı vərəqə AFFA-nın İntizam Komitəsi tərəfindən ləğv oluna bilər?

– Bunu mən deyə bilmərəm. Onu İntizam Komitəsi bilər. Ancaq istər “Neftçi”, “Xəzər Lənkəran”, istərsə də “Turan” olsun, rəqibin fərqi yoxdur, hakim səhvə yol veribsə, mənə elə gəlir ki, sarı vərəqə ləğv olunsa, daha yaxşıdır.

– Hesab edirsiniz ki, hakim qərəzi olmayıb?

– Bəli, olmayıb. Bildiyiniz kimi, “Neftçi” – “Xəzər Lənkəran” oyunu Azərbaycanda həmişə böyük maraq doğurur, xeyli azarkeş tərəfindən izlənilir, ajiotaja səbəb olur. Hakim də insandır, o da səhv edə bilər. Mən belə fikirləşirəm ki, hər səhvi qərəzə çevirmək olmaz.

– “Qəbələ” də son turda hakimlikdən narazı qalıb. Baş hakim Elvin Əsgərovun komandanın kapitanı Mahir Şükürova göstərdiyi 2-ci sarı, ardından qırmızı vərəqə əsas müzakirəyə səbəb olub. “Qəbələ” hakimlikdən, həmin sarı vərəqənin ləğv olunmağından şikayət edibmi?

– Onlar sarı vərəqənin yox, baş hakimin gənc olmağı ilə bağlı narazılıq ediblər. Deyirlər ki, hakim çox cavandır. Gələcək oyunlarda onu təyinatı ilə bağlı risk etməyə dəyməz. Ancaq ondan elə bir narazılığımız yoxdur.

– Necə hesab edirsiniz, Premyer Liqamızda çempionluq intriqası artıq bitib?

– Yox-yox. Mən deməzdim ki, intriqa başa çatıb. Özünüz də görürsünüz ki, maraqlı oyunlar gedir. Azarkeşlər belə matçları izləyirlər. Düzdü, deyirlər ki, 1-ci yer “Neftçi”nindir, ancaq onların rəhbərliyi artıq çempion olduqlarını tam deyə bilməz. Bunu hələ heç kim deyə bilməz. Çünki qarşıda hələ 3 oyun var və “Neftçi”nin ən yaxın izləyicisi “İnter”in 52 xalı olduğundan, onu qabaqlamaq şansına malikdir. Hələ hər şey qabaqdadır.

apasport.az

Son yazılar

To Top