Ronaldo 5000-ci qolu vurdu
16.12.2018 , 16:17

İtaliya A Seriyasının 16-cı turunda “Torino” ilə keçirilən görüş “Yuventus” üçün əlamətdar olub.
Turin derbisinin qalibi olan “qoca sinyora” bu oyunda A Seriyasında 5000-ci qolunu vurub.
Yubiley qoluna 70-ci dəqiqədə penaltidən Kriştiano Ronaldo imza atıb.
Xatırladaq ki, görüş “Yuventus”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
