Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya” klubunun ulduz futbolçusu Robert Levandovski sabiq komanda yoldaşı Pyer-Emerik Obameyanq haqda “Sport Bild”ə danışıb.
Korner.az-ın məlumatına görə, polşalı futbolçu öz açıqlamasında bildirib:” “Real”ın Obameyanqla maraqlandığını eşitmişəm. “Borussiya”nın onun haqda nə qərar verəcəyini bilmirəm. Ümid edirəm, klubda qalar. Onun komandada xoşbəxt olduğunu bilirəm”.
Afrikalı futbolçu bu mövsüm iştirak etdiyi 22 oyunda 19 dəfə fəqlənməyi bacarıb.