İspaniya LA Liqasında mübarizə aparan “Vilyareal” klubunun futbolçusu Aleksandra Pato Çinin “Tianjin Quanjian” klubuna keçir.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu Çin klubu üçün Romada tibbi müayinədən keçib.
Qeyd edək ki, 27 yaşlı futbolçunu “Tianjin Quanjian” klubunun məşqçisi, əfsanəvi sabiq italyan futbolçu Fabyo Kannavaro xüsusi olaraq heyətə qatmaq istəyib.