Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edəcək.
Korner.az-ın məlumatına görə, bu gün üç təmsilçimiz rinqə çıxacaq.
İlk olaraq xanım dəri əlcək ustamız Yana Alekseyevna mübarizəyə start verib. 57-60 kq çəkidə mübarizə aparan idmançımız mübarizəyə 1/4 final mərhələsindən qoşulub. O çinli rqibinə hər 3 raundda uduzub.
Yanadan sonra Olimpiadada daha bir idmançımız – Elvin Məmişzadə debüt edib. 52 kq çəki dərəcəsində çıxış edən boksçumuz 1/8 finalda qazaxıstanlı Oljas Satibayevi məğlub edib.
Günün son boks görüşündə isə Kamran Şahsuvarlı medal uğrunda mübarizə aparıb. Olimpiadada üçüncü döyüşünə çıxan boksçumuz 1/4 finalda qazaxıstanlı Janibek Alimxanuli ilə üz-üzə gəlib. Kamran bu mərhələni inamla keçib. O yarımfinala yüksəlməklə həm də minimum bürünc medalı təmin edib
