“Real” ulduz futbolçusunu satır
27.03.2019 , 11:16

Madridin “Real” klubu Qaret Beyllə vidalaşmaq istəyir.
Paytaxt klubunun prezidenti Florentino Peres və baş məşqçi Zinəddin Zidan birlikdə Beylin satılmasına qərar verib. “Real”dakı əsas söz sahibləri uelsli ulduzu yüksək qiymətə satmağı və həmin məbləği yay transferlərinə xərcləməyi planlaşdırır.
Lakin oyunçuya və agentinə hələ bu haqda hər hansı müraciət ünvanlanmayıb.
