Bu gecə İspaniya Kral kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasının oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, ilk matç günündə bir görüş keçirilib.
“Barselona” “Nou Kamp”da “Real”ı qəbul edib. Madriddə keçirilən görüşdə meydandan 1:1 hesablı bərabərliklə ayrılmış tərəflər cavab oyununda da maraqlı oyunla azarkeşlərə əsl şou göstəriblər. Birinci hissəni 1:0 hesablı üstünlüklə bitirən Madrid klubu fasilədən sonra daha iki qol vurub. "Barsa" rəqibinin 3 topuna 1 dəfə cavab verə bilib. Beləliklə, “Real” finala vəsiqə qazanıb.
Qeyd edək ki, həlledici mərhələdə “Real”ın rəqibi bu gün keçiriləcək “Sevilya” – “Atletiko” matçından sonra məlum olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
İspaniya Kral kuboku
Yarımfinal mərhələsi (cavab oyunu)
26 fevral
“Barselona” – “Real” – 1:3
Qollar: Alba, 89 // Ronaldo, 13; 57, Varan, 68
İlk oyun – 1:1
27 fevral
“Sevilya” – “Atletiko”
İlk oyun – 1:2