“Real” Neymardan imtina etdi
22.11.2018 , 15:21

“Real” PSJ-nin hücumçusu Neymarla bağlı fikrini dəyişib. Madrid klubu bu keçiddən imtina edib.
Halbuki Neymar mövsümün sonu üçün prioritet hədəf idi. “Kral klubu”nun prezidenti Florentino Peres braziliyalının keçidinə müsbət rəy verməyib. Buna səbəb azarkeşlərin sabiq “Barselona”lının transferinə qarşı çıxmasıdı.
Qeyd edək ki, PSJ-də xoşbəxt olmadığı bildirilən Neymar gələn yay klubunu dəyişmək niyyətindədi.
