“Real” yeni baş məşqçisi Xulen Lopeteqini ictimaiyyətə təqdim edib. 51 yaşlı mütəxəssis bu gün “kral klubu” ilə münasibətlərini rəsmiləşdirib.
3 illik müqaviləyə qol çəkən çalışdırıcı təqdimetmə mərasimində bunları deyib: “Anamın ölümündən sonra dünən həyatımın ən kədərli günü idi (İspaniya yığmasından qovulmasını nəzərdə tutur). Bu gün isə ən xoşbəxt günümdü. 18 yaşımda qardaşımın yanında əsgər kimi göründüyüm an yadımdadı. “Kastilya”da və “Real”ın əsas komandasında oynamışam.
Həmçinin “Kastilya”nın baş məşqçisi olmuşam. İndi isə əsas komandaya rəhbərlik etmək imkanı qazanıram. Sadiqliyin nə olduğunu burda öyrəndim”.
