“Liverpul”dan ilk transfer
08.06.2023 , 14:50

“Liverpul” ilk transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, klub Aleksis Mak Allisteri heyətinə cəlb edib.
İngiltərə nəhəngi “Brayton”un futbolçusu üçün 35 milyon funt-sterlinqindən keçib.
24 yaşlı futbolçu ilə müddəti 2028-ci ilə qədər olan müqavilə imzalanıb. Aleksis yeni komandasında 10 nömrə forma ilə çıxış edəcək.
Mina Musayeva
